-
Güntay
bəy, Həmid Herisçinin pirlərlə bağlı proqramlarına baxmısınızmı?
-
Ölkəmizdə
nələr keçir deyə bəzi proqramları ardıcıl olmasa da, bir və ya iki bölümlərini
izlərəm. Herisçinin də pirlərlə bağlı hazırladığı xurafələrin bir bölümünü izlədim.
-
Nədən
xurafə?
-
Herisçi
nə klasik ədəbiyyatı, nə də klasik ədəbiyatda keçən “pir” kimi qavramların anlam
dərinliyini bilməkdədir. Sadəcə ortaqlıqdakı boşluqdan özü üçün iş imkanı
sağlamışdır. Məsələn siz Herisçidən “Mövlananın əsərlərində “pir” sözü necə
açıqlanmışdır?” deyə sorsanız bir cüməlik sizə cavab verə bilməz. Bir haldakı
hər insanın bir sərgüzəşti olduğu kimi hər qavramın da bir tarixçəsi,
sərgüzəşti vardır.
-
Bunu
necə iddia edə bilirsiniz?
-
Bu
haqda bilgisi olsaydı, hazırladığı proqramlarda açıqlardı. Herisçinin bilgi
birikimi bu qavramların içini açıqlayacaq səviyyədə deyildir, ola da bilməz. Tarixdə
bəzi qavramların içinə bilgə kişilər bəlli mənalar yükləmişlər. Bunları bilməyən
zehniyyət istər-istəməz “Danabaş” əhalinin anlayışındakı qavramların ifadə
etdiyi anlamsızlığa təslim olar. Hersçi də “Danabaş” əsərindəki əhalinin
TV-lərə çıxa bilən surətlərindən biridir.
-
Deyirsiniz
ki, bütün bunlar xurafələrdir. Nədən bu xurafələr bizim xalqın arasında bu
qədər dərin kök salmış?
-
Çünkü
bizim xalq Səfəvi dövlətinin quruluşu ilə bölgədən və dünyadan təcrid edilərək ağılsızlıq
qaranlığına gömüldü. XVIII əsr aydınlanmasının bilgələrindən olan Helvetius “düşüncənin
qaynağı ruh deyil, fikirlərin təməlində biolojik gerçəklər və fiziki sosial
mühitlər durar” deyirdi. Son 500 ildəki sosial həyat Səfəvi zehniyyətinin
basqısı ilə molla, seyyid, pir, imamzada qəbirlərinə inanmaq və inandırmaqla
keçmişdir. “Türkmənçay” qurtuluş müqaviləsindən sonra Axundov, Molla Nəsrəddin
Məktəbi, H. Cavid kimi aydınladıcılar bu qaranlıq ortama qarşı savaş açdılar,
lakin daha sonra özəlliklə Xalq Cəbhəsini ortaya çıxaran sovet sosial bilgi
ortamı yenidən ölüpərəstliyi xurtdatdı. Xalq Cəbhəsinin səfəviyyət mərkəzli
Bütöv Azərbaycan anlayışı Arazın hər iki tərəfində yaşayan xalqı türklükdən,
İslamdan, çağdaşlıqdan müsavatçılıqdan qopararaq qorxunc ağılsızlıq qaranlığına
gömməyə xidmət edirdi. Herisçi də bu ortamın birər üzvüdür.
-
İslam
kitabında pir deyə bir söz və ya ona işarə edən bir şey yoxmu?
-
İslamın
bir tək kitabı var, o da Qurandır. Quran da israr və təkidlə ağlınızı qullanın
deyə uyarılarda bulunulmuşdur. “Ölülərə eşitdirəməzsiniz” deyə açıqca Allah öz
akitabında israr etmişdir. Lakin Səfəvi dövləti qurulduqdan sonra Quran oxumaq
sirli və dolaylı şəkildə yasaqlanaraq imama, pirə, imamzadaya tapınma və
məzarlardan qurtuluş umma kimi bir durum ortaya çıxdı. Bu da bu gün vəhşi
kapitalizmin mənafeyinə xidmət etdiyi kimi, o zamanda vəhşi molla-feodal
sinfinin mənafeyinə xidmət edirdi.
-
Səfəvilər
zamanında Quran oxumaq yasaqlandımı?
-
Quran
sadəcə Səfəvilər dönəmində yasaqlanmadı. İranda Xomeyni rəhbərliyindəki şiə
üsyanından sonra da Quran oxumaq yasaqlandı. Səfəvilər zamanında Quranı bir
yana buraxıb müctəhidlərin əsərləri oxuduldu. İmamlar adına uydurulan saxta
bilgilər oxuduldu. Təqlid də buradan dodğu. Təqlid, yəni Quran oxumamaq, yəni
sən Quranı oxuma, Quranı oxuyan ayətullahın yozumlarına qulaq as. Pəhləvilər
zamanında da ilk və orta oxullarda Quran öyrədilərdi. Mən beşinci sinifdə
oxuduğumda rejim dəyişdi və biz ilk oxulda Quran öyrənərdik. Xomeyni gəldikdən
sonra Quran yasaqlandı və onun yerinə, “Dini dünyagörüş” deyə bir dərslik
qoydular. Bu dərslikdə də Qurandan əsər-əlamət yox idi. Xomeyninin və
digərlərinin risalələri və digər bu kimi şiə mərkəzli dini dünyagörüş haqda məlumat
öyrəncilərə öyrədilirdi. Yenə də bu şəkildə davam edir. İslamın kitabı bir yana
buraxılaraq məktəblərdə Şiə tarixi öyrədilir.
-
Yəni
deyirsiniz ki, Hersiçinin bu pir təbliğatı vəhşi kapitalizmə xidmət edir?
- Azərbaycan
dövləti öz ərazi bütövlünüyü qoruduğu kimi bu xalqın mənəviyyatını da qorumaqla
görəvlidir. Bunu qanuna dayanaraq etmirsə, demək burada İslam düşmənliyi və milli
ağlımızı söndürmə fəaliyyətləri onun mənafeyinə xidmət edir. Bir millət sadəcə
ərazisindən ibarət deyildir, milli və dini məniyyat da ərazi bütüvlüyü kimi
diqqətə alınmalıdır.
-
Aydın
olmadı, bunu bir az daha açıqlarsınızmı?
-
Azərbaycanda
milli burjua yoxdur, çünkü açıq cəmiyyət hələ ölkəmizdə oturuşmamış. Heç bir
şey ürətməyən, ancaq kapitalistləşən bir azlıq var. Bunlar xalqın aydınlamasını
istəməzlər. Vəhşi kapitalist sistemlə idarə edilən dünya ölkələrinin bir
qismində də belədir. Xalq nə qədər pirə, məzara, imama, imazadaya inansa, vəhşi
kapitalizm daha çox rahatlar. Hətta xalqı qaranlığa gömmək üçün Herisçi kimi nökərlərindən
də istifadə edərlər. Təsəvvür edin ki, xalq kitab oxumur, ağlını aydınlatmır,
ölkədə kitab mağazalarına uğrayıb kitab alan yox, ancaq Hersiçinin bir pirin
məzarı başında yumurta soyarkən göydə ildırım çaxmasına baxır. Azərbaycanda yayqın olan vəhşi
kapitalizmə də bu lazımdır. Bu oyunbazlıq xalqı yatıraraq necə sömürüldüyünü
unutdurar. Adam bir məzarın kənarında yumurta soyur və sonra ildırım çaxır! Nə
olsun? Heç bəlli deyil, ildırım çaxmanı da sonradan oraya soxuşdurmuşlar ya
yox. İldırımın xasiyyəti çaxmaqdır zatən.
-
Bu
məsələyə Quran məntiqi ilə necə aydınlıq gətirmək olar?
-
Quranda
“sünnətullah” deyə bir anlayış var. Yəni Allahın yasaları. Əhzab surəsinin
62-ci ayətində Allah belə buyurur: “Daha öncə
keçmiş olanlar haqqında olduğu kimi, Allahın qanunu budur. Və Allahın yasasında
əsla bir dəyişiklik tapa bilməzsən.” Bu o deməkdir ki, günəş öz zamanında
doğmalı, fəsillər öz zamnında dəyişməli və adamlar da öldükdən sonra artıq
həyati missiyalarını itirməlidir. Çünkü ölməyən və əzəli-əbədi olan ancaq
Allahdır. Peyğəmbərlər belə öldükdən sonra, artıq missiyaları bitir. Sadəcə
gətirdikləri Allahın buyuruqları insanlar üçün yol göstərici olur. Sadəcə bu
ayət deyil, Quran bütünüylə bu kimi şirkə qarşıdır.
-
O zaman Hersiçinin hazırladığı proqramda onu dəstəkləyən
vəhşi kapitalizmin mənafeyimi nəzərdə tutulur?
-
Dövlət bu xurafələrin qarşısını almırsa, demək öz mənafeyini
xalqın xurafata gömülməsində görür. TV-də ölkə prezidentinin ləyaqətinə toxunan
bir proqrama izn verərlərmi? Vermzələrsə, o zaman xalqın ləyaqətini ayaqlar
altına sərən, onu xurafələrə gömən bu proqramlara niyə seyirci qalırlar? Bu
ölkədə modern bir dövlətin olduğunu necə iddia etmək olar? Çünkü bir ölkədə
imam, imamzada, pir, məzarpərəstlik media aracları ilə təbliğ edilirsə, bu, o
deməkdir ki, artıq düşüncənin qapısı qapanmışdır. Düşünməyi yaxın buraxmayan
bir izdihamdan modern millət icad etmək olarmı?
-
Ancaq Həmid Herisçi oxumuş biridir.
-
Oxumuş biri deyil. Qərb mədəniyyətindən də xəbərsizdir.
Sadəcə kitabların üzərinə yazılmış bir neçə Qərb yazarlarının adını əzbərləmiş.
Oxuyan adamda bir az ağıl olmalıdır. İndi dünyanın ən inkişaf etmiş ölkəsi Finlandiyadır.
Nə imamları, nə imamzadaları, nə də pir və seyyidləri vardır. Məşhədə və
Kərbəlaya gedənləri də yox. Bu kimi şirkə
də gömülməmişlər. Ancaq gəl gör ki, dünyanın ən azad, ən gözəl və yaşanılır
ölkəsidir. Hər ay milyonlarca Məşəhədə, Kərbəlaya, pirə, imamzadaya ziyarətə
gedən İran və Azərbaycanda da sosial durumun necə olduğu gözlər önündədir. Düşünən
bir insan belə toplum və “ölülər” içində ancaq “Kefli İskəndər” kimi ola bilər.
Ermənilərin vura bilməyəcəyi zərbəni və edə bilməyəcəyi xəyanəti Herisçi
kimilərin bu iftira və yalanları ölkəmizə vurmaqdadır. Ayrıca, Herisçinin soyu
Güney tərəfdən olsa da, çox maraqlıdır ki, Bakıda tat kimliyi içində ərimişdir.
Onun ləhcəsi də tat ləhcəsidir, elə bir ləhcə bizim dildə yoxdur. Yəni bir
insan öz mahiyyətini qoruya bilməyib başqa kimlik içində əriyirsə, ondan müsbət
iş gözləmək olmaz. “Qədeş” ləhcəsi yoxdur bizim dilimizdə. Herisçinin düşməni
olduğu Hüseyn Cavid kimi aydınladıclar bu pirpərəstləri “ipsiz dəlilər” olaraq
anlatmışdır.
-
O
zaman bu pir sözünün anlamı nədir?
-
Pir
sözünün içəriyini Mövlana kimi bir çox ariflər açıqlamışlar. Mövlana “Məsnəvi”
əsərinin birinci dəftərinin 139-cu bölümündə öz piri Hüsaməddən Çələbiyə üz tutaraq
“pir” qavramının üzərinə görüşlərini bu şəkildə bəyan edər: “Pir məzarda olan
biri deyil, bu dünyada dini aydınladıcılıq missiyası daşıyan bir üstaddır,
müəllimdir. Bu da sadəcə onun öz istedadı deyil, öz nəfsi üzərinə kontrollu
davranışları səbəbi ilə Allah da ona bu aydınladıcıılıqda yardım edir. Xalq
qaranlığa gömülmüşsə, pir bu qaranlıqda bir çıraq kimi yol göstəricidir. Xalqın
ağlına işıq saçan bilgə insandır. Bu da ancaq həyatda olduğu sürəcə pirdir,
öldükdən sonra kitabları varsa, əsərləri oxunub öyrənilməlidir, yoxdursa,
öldükdən sonra artıq onun missiyası bitmişdir və məzarını ziyarət etməklə
kimsəyə yardım edə bilməz.” Pir budur və Şəmsi-Təbriz də bu anlam da onun piri
idi. Ancaq Şəms öldükdən sonra artıq onun məzarını ziyarət etmək üçün aramadılar.
Allahın insana ən birinci verdiyi nemət ağıldır və bu haqda Quranın açıq
bəyanları var. Lakin yenə də Quran deyir ki, bəzilərinin qulağı kardır
duymazlar, gözləri kordur görmzələr, dilləri laldır doğrunu dilə gətirməzlər.
Hersiçi də vəhşi kapitalizmə nökərçilik edən bunlardan biridir. Ancaq düşünən
gənclərimiz buna etiraz etməlidirlər ki, bu kimi kar, kor və lallar tarixə,
xalqa ziyan verməsinlər. Bir zamanlar Herisçi iranlı şiə mütəfəkkiri Əli
Şəriətini oxuyardı. Əli Şəriəti “Səfəvi şiəsi” adlı kitabında yazır ki, bu
pirpərəst, imam və imamzada məzarlarını ziyarət edib zırıldayaraq imdad
bəklləyənlər tarixin səfəvizədə leşləridir.