27 Haziran 2017 Salı

Herisçi

-         Güntay bəy, Həmid Herisçinin pirlərlə bağlı proqramlarına baxmısınızmı? 
-         Ölkəmizdə nələr keçir deyə bəzi proqramları ardıcıl olmasa da, bir və ya iki bölümlərini izlərəm. Herisçinin də pirlərlə bağlı hazırladığı xurafələrin bir bölümünü izlədim.  
-         Nədən xurafə? 
-         Herisçi nə klasik ədəbiyyatı, nə də klasik ədəbiyatda keçən “pir” kimi qavramların anlam dərinliyini bilməkdədir. Sadəcə ortaqlıqdakı boşluqdan özü üçün iş imkanı sağlamışdır. Məsələn siz Herisçidən “Mövlananın əsərlərində “pir” sözü necə açıqlanmışdır?” deyə sorsanız bir cüməlik sizə cavab verə bilməz. Bir haldakı hər insanın bir sərgüzəşti olduğu kimi hər qavramın da bir tarixçəsi, sərgüzəşti vardır. 
-         Bunu necə iddia edə bilirsiniz? 
-         Bu haqda bilgisi olsaydı, hazırladığı proqramlarda açıqlardı. Herisçinin bilgi birikimi bu qavramların içini açıqlayacaq səviyyədə deyildir, ola da bilməz. Tarixdə bəzi qavramların içinə bilgə kişilər bəlli mənalar yükləmişlər. Bunları bilməyən zehniyyət istər-istəməz “Danabaş” əhalinin anlayışındakı qavramların ifadə etdiyi anlamsızlığa təslim olar. Hersçi də “Danabaş” əsərindəki əhalinin TV-lərə çıxa bilən surətlərindən biridir. 
-         Deyirsiniz ki, bütün bunlar xurafələrdir. Nədən bu xurafələr bizim xalqın arasında bu qədər dərin kök salmış? 
-         Çünkü bizim xalq Səfəvi dövlətinin quruluşu ilə bölgədən və dünyadan təcrid edilərək ağılsızlıq qaranlığına gömüldü. XVIII əsr aydınlanmasının bilgələrindən olan Helvetius “düşüncənin qaynağı ruh deyil, fikirlərin təməlində biolojik gerçəklər və fiziki sosial mühitlər durar” deyirdi. Son 500 ildəki sosial həyat Səfəvi zehniyyətinin basqısı ilə molla, seyyid, pir, imamzada qəbirlərinə inanmaq və inandırmaqla keçmişdir. “Türkmənçay” qurtuluş müqaviləsindən sonra Axundov, Molla Nəsrəddin Məktəbi, H. Cavid kimi aydınladıcılar bu qaranlıq ortama qarşı savaş açdılar, lakin daha sonra özəlliklə Xalq Cəbhəsini ortaya çıxaran sovet sosial bilgi ortamı yenidən ölüpərəstliyi xurtdatdı. Xalq Cəbhəsinin səfəviyyət mərkəzli Bütöv Azərbaycan anlayışı Arazın hər iki tərəfində yaşayan xalqı türklükdən, İslamdan, çağdaşlıqdan müsavatçılıqdan qopararaq qorxunc ağılsızlıq qaranlığına gömməyə xidmət edirdi. Herisçi də bu ortamın birər üzvüdür. 
-         İslam kitabında pir deyə bir söz və ya ona işarə edən bir şey yoxmu? 
-         İslamın bir tək kitabı var, o da Qurandır. Quran da israr və təkidlə ağlınızı qullanın deyə uyarılarda bulunulmuşdur. “Ölülərə eşitdirəməzsiniz” deyə açıqca Allah öz akitabında israr etmişdir. Lakin Səfəvi dövləti qurulduqdan sonra Quran oxumaq sirli və dolaylı şəkildə yasaqlanaraq imama, pirə, imamzadaya tapınma və məzarlardan qurtuluş umma kimi bir durum ortaya çıxdı. Bu da bu gün vəhşi kapitalizmin mənafeyinə xidmət etdiyi kimi, o zamanda vəhşi molla-feodal sinfinin mənafeyinə xidmət edirdi. 
-         Səfəvilər zamanında Quran oxumaq yasaqlandımı? 
-         Quran sadəcə Səfəvilər dönəmində yasaqlanmadı. İranda Xomeyni rəhbərliyindəki şiə üsyanından sonra da Quran oxumaq yasaqlandı. Səfəvilər zamanında Quranı bir yana buraxıb müctəhidlərin əsərləri oxuduldu. İmamlar adına uydurulan saxta bilgilər oxuduldu. Təqlid də buradan dodğu. Təqlid, yəni Quran oxumamaq, yəni sən Quranı oxuma, Quranı oxuyan ayətullahın yozumlarına qulaq as. Pəhləvilər zamanında da ilk və orta oxullarda Quran öyrədilərdi. Mən beşinci sinifdə oxuduğumda rejim dəyişdi və biz ilk oxulda Quran öyrənərdik. Xomeyni gəldikdən sonra Quran yasaqlandı və onun yerinə, “Dini dünyagörüş” deyə bir dərslik qoydular. Bu dərslikdə də Qurandan əsər-əlamət yox idi. Xomeyninin və digərlərinin risalələri və digər bu kimi şiə mərkəzli dini dünyagörüş haqda məlumat öyrəncilərə öyrədilirdi. Yenə də bu şəkildə davam edir. İslamın kitabı bir yana buraxılaraq məktəblərdə Şiə tarixi öyrədilir.   
-         Yəni deyirsiniz ki, Hersiçinin bu pir təbliğatı vəhşi kapitalizmə xidmət edir? 
-      Azərbaycan dövləti öz ərazi bütövlünüyü qoruduğu kimi bu xalqın mənəviyyatını da qorumaqla görəvlidir. Bunu qanuna dayanaraq etmirsə, demək burada İslam düşmənliyi və milli ağlımızı söndürmə fəaliyyətləri onun mənafeyinə xidmət edir. Bir millət sadəcə ərazisindən ibarət deyildir, milli və dini məniyyat da ərazi bütüvlüyü kimi diqqətə alınmalıdır. 
-         Aydın olmadı, bunu bir az daha açıqlarsınızmı? 
-         Azərbaycanda milli burjua yoxdur, çünkü açıq cəmiyyət hələ ölkəmizdə oturuşmamış. Heç bir şey ürətməyən, ancaq kapitalistləşən bir azlıq var. Bunlar xalqın aydınlamasını istəməzlər. Vəhşi kapitalist sistemlə idarə edilən dünya ölkələrinin bir qismində də belədir. Xalq nə qədər pirə, məzara, imama, imazadaya inansa, vəhşi kapitalizm daha çox rahatlar. Hətta xalqı qaranlığa gömmək üçün Herisçi kimi nökərlərindən də istifadə edərlər. Təsəvvür edin ki, xalq kitab oxumur, ağlını aydınlatmır, ölkədə kitab mağazalarına uğrayıb kitab alan yox, ancaq Hersiçinin bir pirin məzarı başında yumurta soyarkən göydə ildırım çaxmasına baxır. Azərbaycanda yayqın olan vəhşi kapitalizmə də bu lazımdır. Bu oyunbazlıq xalqı yatıraraq necə sömürüldüyünü unutdurar. Adam bir məzarın kənarında yumurta soyur və sonra ildırım çaxır! Nə olsun? Heç bəlli deyil, ildırım çaxmanı da sonradan oraya soxuşdurmuşlar ya yox. İldırımın xasiyyəti çaxmaqdır zatən. 
-         Bu məsələyə Quran məntiqi ilə necə aydınlıq gətirmək olar? 
-         Quranda “sünnətullah” deyə bir anlayış var. Yəni Allahın yasaları. Əhzab surəsinin 62-ci ayətində Allah belə buyurur: “Daha öncə keçmiş olanlar haqqında olduğu kimi, Allahın qanunu budur. Və Allahın yasasında əsla bir dəyişiklik tapa bilməzsən.” Bu o deməkdir ki, günəş öz zamanında doğmalı, fəsillər öz zamnında dəyişməli və adamlar da öldükdən sonra artıq həyati missiyalarını itirməlidir. Çünkü ölməyən və əzəli-əbədi olan ancaq Allahdır. Peyğəmbərlər belə öldükdən sonra, artıq missiyaları bitir. Sadəcə gətirdikləri Allahın buyuruqları insanlar üçün yol göstərici olur. Sadəcə bu ayət deyil, Quran bütünüylə bu kimi şirkə qarşıdır. 
-         O zaman Hersiçinin hazırladığı proqramda onu dəstəkləyən vəhşi kapitalizmin mənafeyimi nəzərdə tutulur? 
-         Dövlət bu xurafələrin qarşısını almırsa, demək öz mənafeyini xalqın xurafata gömülməsində görür. TV-də ölkə prezidentinin ləyaqətinə toxunan bir proqrama izn verərlərmi? Vermzələrsə, o zaman xalqın ləyaqətini ayaqlar altına sərən, onu xurafələrə gömən bu proqramlara niyə seyirci qalırlar? Bu ölkədə modern bir dövlətin olduğunu necə iddia etmək olar? Çünkü bir ölkədə imam, imamzada, pir, məzarpərəstlik media aracları ilə təbliğ edilirsə, bu, o deməkdir ki, artıq düşüncənin qapısı qapanmışdır. Düşünməyi yaxın buraxmayan bir izdihamdan modern millət icad etmək olarmı? 
-         Ancaq Həmid Herisçi oxumuş biridir. 
-         Oxumuş biri deyil. Qərb mədəniyyətindən də xəbərsizdir. Sadəcə kitabların üzərinə yazılmış bir neçə Qərb yazarlarının adını əzbərləmiş. Oxuyan adamda bir az ağıl olmalıdır. İndi dünyanın ən inkişaf etmiş ölkəsi Finlandiyadır. Nə imamları, nə imamzadaları, nə də pir və seyyidləri vardır. Məşhədə və Kərbəlaya gedənləri də  yox. Bu kimi şirkə də gömülməmişlər. Ancaq gəl gör ki, dünyanın ən azad, ən gözəl və yaşanılır ölkəsidir. Hər ay milyonlarca Məşəhədə, Kərbəlaya, pirə, imamzadaya ziyarətə gedən İran və Azərbaycanda da sosial durumun necə olduğu gözlər önündədir. Düşünən bir insan belə toplum və “ölülər” içində ancaq “Kefli İskəndər” kimi ola bilər. Ermənilərin vura bilməyəcəyi zərbəni və edə bilməyəcəyi xəyanəti Herisçi kimilərin bu iftira və yalanları ölkəmizə vurmaqdadır. Ayrıca, Herisçinin soyu Güney tərəfdən olsa da, çox maraqlıdır ki, Bakıda tat kimliyi içində ərimişdir. Onun ləhcəsi də tat ləhcəsidir, elə bir ləhcə bizim dildə yoxdur. Yəni bir insan öz mahiyyətini qoruya bilməyib başqa kimlik içində əriyirsə, ondan müsbət iş gözləmək olmaz. “Qədeş” ləhcəsi yoxdur bizim dilimizdə. Herisçinin düşməni olduğu Hüseyn Cavid kimi aydınladıclar bu pirpərəstləri “ipsiz dəlilər” olaraq anlatmışdır. 
-         O zaman bu pir sözünün anlamı nədir? 
-         Pir sözünün içəriyini Mövlana kimi bir çox ariflər açıqlamışlar. Mövlana “Məsnəvi” əsərinin birinci dəftərinin 139-cu bölümündə öz piri Hüsaməddən Çələbiyə üz tutaraq “pir” qavramının üzərinə görüşlərini bu şəkildə bəyan edər: “Pir məzarda olan biri deyil, bu dünyada dini aydınladıcılıq missiyası daşıyan bir üstaddır, müəllimdir. Bu da sadəcə onun öz istedadı deyil, öz nəfsi üzərinə kontrollu davranışları səbəbi ilə Allah da ona bu aydınladıcıılıqda yardım edir. Xalq qaranlığa gömülmüşsə, pir bu qaranlıqda bir çıraq kimi yol göstəricidir. Xalqın ağlına işıq saçan bilgə insandır. Bu da ancaq həyatda olduğu sürəcə pirdir, öldükdən sonra kitabları varsa, əsərləri oxunub öyrənilməlidir, yoxdursa, öldükdən sonra artıq onun missiyası bitmişdir və məzarını ziyarət etməklə kimsəyə yardım edə bilməz.” Pir budur və Şəmsi-Təbriz də bu anlam da onun piri idi. Ancaq Şəms öldükdən sonra artıq onun məzarını ziyarət etmək üçün aramadılar. Allahın insana ən birinci verdiyi nemət ağıldır və bu haqda Quranın açıq bəyanları var. Lakin yenə də Quran deyir ki, bəzilərinin qulağı kardır duymazlar, gözləri kordur görmzələr, dilləri laldır doğrunu dilə gətirməzlər. Hersiçi də vəhşi kapitalizmə nökərçilik edən bunlardan biridir. Ancaq düşünən gənclərimiz buna etiraz etməlidirlər ki, bu kimi kar, kor və lallar tarixə, xalqa ziyan verməsinlər. Bir zamanlar Herisçi iranlı şiə mütəfəkkiri Əli Şəriətini oxuyardı. Əli Şəriəti “Səfəvi şiəsi” adlı kitabında yazır ki, bu pirpərəst, imam və imamzada məzarlarını ziyarət edib zırıldayaraq imdad bəklləyənlər tarixin səfəvizədə leşləridir. 

Hiç yorum yok:

Yorum Gönder